Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir S.Ağayeva /
Bakıda Aİ-Azərbaycan əməkdaşlıq komitəsinin onuncu iclası keçirilib. Bu barədə Azərbaycan XİN-in press-relizində deyilir.
İclasda Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Aİ tərəfdən isə Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə Avrokomissiya departamentinin rəhbəri Qunnar Viqand iştirak edib.
İclas zamanı Aİ və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, Aİ-nın "Şərq Tərəfdaşlığı" proqramına dair fikir mübadiləsi aparılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]