...

Azərbaycan Parlamentində Türkiyə ilə "yol xəritəsi"nin imzalanması məsələsi qaldırılacaq

Siyasət Materials 28 Sentyabr 2009 11:20 (UTC +04:00)
Azərbaycanlı deputat Milli Məclisdə Azərbaycan və Türkiyə arasında "yol xəritəsi"nin imzalanması məsələsini qaldıracaq.
Azərbaycan Parlamentində Türkiyə ilə "yol xəritəsi"nin imzalanması məsələsi qaldırılacaq

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanlı deputat Milli Məclisdə Azərbaycan və Türkiyə arasında "yol xəritəsi"nin imzalanması məsələsini qaldıracaq.

"Türkiyə və Azərbaycan arasında "yol xəritəsi"nin imzalanmasına ehtiyac var. Bu sənəd Türkiyə və Ermənistan arasında imzalanması gözlənilən sənəddən əvvəl imzalanmalıdır. Bu sənəd hüquqi çərçivə ola bilər ki, Türkiyə iqtidarı tərəfindən bu çərçivədən kənar addımlar atılmasın", - bazar ertəsi Trend -a millət vəkili, iqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə və Ermənistan arasında oktyabrın 10-da diplomatik əlaqələrin qurulması barədə sazişin imzalanması gözlənilir. Bu barədə Ərdoğan Trend -a eksklüziv müsahibəsində bildirib.

Ərdoğan bildirib ki, sazişi iki ölkənin xarici işlər nazirləri imzalayacaq. Lakin bu sənəd qüvvəyə minməsi üçün Türkiyə və Ermənistan parlamentləri tərəfindən təqdir edilməlidir.

Millət vəkilinin fikrincə, "yol xəritəsi" Türkiyənin mənəvi öhdəliyi ola bilər. "Biz qardaşıq, siyasi şüarların hamısının əhəmiyyəti var. Amma bizə hüquqi "yol xəritəsi" lazımdır. Bu məsələ tərəfimdən Milli Məclisdə qaldırılacaq", - Oruc deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti