...

Senator Vlodzimej Çimoşeviçin baş katib postuna seçilməsi ilk növbədə Avropa Şurasını gücləndirəcək- Polşa Senatının sədri

Siyasət Materials 29 Sentyabr 2009 00:45 (UTC +04:00)
Senator Vlodzimej Çimoşeviçin AŞ baş katibi postuna seçilməsi ilk növbədə, Avropa Şurasını gücləndirəcək. Bu fikirləri bazar ertəsi AŞ PA-nın payız sessiyası çərçivəsində Strasburqda səfərdə olan Polşa Senatının sədri Boqdan Boruzeviç “Senator Çimoşeviçin AŞ baş katibi postuna secilməsinin Rusiya ilə AŞ arasında münasibətlərin yaxşılaşması və həllini gözləyən məsələlərin həllinə nə dərəcəd töhfə verər” sualına cavabında deyib.
Senator Vlodzimej  Çimoşeviçin baş katib postuna seçilməsi ilk növbədə Avropa Şurasını gücləndirəcək- Polşa Senatının sədri

Fransa, Strasburq, 29 sentyabr / Trend , müxbir A.Məhərrəmli/ Senator Vlodzimej Çimoşeviçin AŞ baş katibi postuna seçilməsi ilk növbədə, Avropa Şurasını gücləndirəcək. Bu fikirləri bazar ertəsi AŞ PA-nın payız sessiyası çərçivəsində Strasburqda səfərdə olan Polşa Senatının sədri Boqdan Boruzeviç "Senator Çimoşeviçin AŞ baş katibi postuna secilməsinin Rusiya ilə AŞ arasında  münasibətlərin yaxşılaşması və həllini gözləyən məsələlərin həllinə nə dərəcəd töhfə verər" sualına cavabında deyib.

"Cənab Çimoşeviçin namizədliyini dəstəkləyirəm və onun üçün buradayam. O, müstəqil siyasətçidir və önəmli qərarlar verməkdən çəkinmir. Önəmli olanı onun uzun müddətə AŞ-nin gələcəyinə dair baxışa malik olmasıdır. Bundan əlavə, cənab Çimoşeviç postsovet məkanını, bütün regionu çox yaxşı tanıyır. O, bu ölkələri yaxşı tanımaqla yanaşı, region ölkələrinin üzləşdiyi prosesləri yaxşı başa düşür. Polşada keçirilən seçkilərdə o, pravoslav belarus etnik təbəqəsindən daha çox dəstək aldı. Hesab edirəm ki, bu onun seçilməsində də rol oynaya biləcək. O, rus dilini bilir, adət-ənənələri və regionu yaxşı tanıyır,"- deyə Senat sədri əlavə edib.

"Mən  indi  AŞ PA-dakı siyasi qrup rəhbərləri ilə görüşümdən sonra Çimoçeviçin seçilmısinə daha optimistəm nəinki bura gələndə. Avropa Xalq partiyası ilə görüş asan olmadı, amma bu yaxşı fikir mübadiləsi  oldu,"- deyə o, bildirib.

Xəbər lenti

Xəbər lenti