Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə günü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif istiqamətləri, o cümlədən energetika sahəsində əməkdaşlıq, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.