Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasinin Federal Kansleri Angela Merkeli Almaniyada keçirilmiş parlament seçkilərində başçılıq etdiyi partiyanın inamlı qələbəsi münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Azərbaycan-Almaniya dövlətlərarası münasibətlərinin, dostluq əlaqələrinin, bir çox sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib.