Qazaxıstan Prezidenti Nursultan Nazarbayev cümə günü Azərbaycana rəsmi səfərə gəlib, bu barədə məlumatı AzərTac İnformasiya Agentliyi yayıb.
Azərbaycanın və Qazaxıstanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Milli geyimli uşaqlar Prezident Nursultan Nazarbayevə gül dəstəsi təqdim ediblər.
Beynəlxalq hava limanının ali qonaqlar üçün salonunda Prezident Nursultan Nazarbayev və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
Nazarbayev Azərbaycanın wmummilli lideri Heydər Əliyevin Bakının Fəxri Xiyabanında yerləşən memorialını ziyarət edib.