...

NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tbilisiyə gəlib

Siyasət Materials 8 Oktyabr 2009 12:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda keçirilən "NATO günləri" çərçivəsində NATO-nun baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons Tbilisiyə gəlib.

Simmons bir sıra tədbirlərdə iştirak edəcək, Gürcüstan rəhbərliyi və müxalifət partiyaları ilə görüşlər keçirəcək. Onun həm parlament, həm də qeyri-parlament müxalifəti ilə görüşü nəzərdə tutulub.

Tbilisi aeroportunda Simmonsun jurnalistlərə bildirdiyi kimi, blokun Gürcüstana dair münasibəti dəyişməyib. "Gürcüstan mütləq NATO-nun üzvü olacaq, lakin bunun konkret olaraq nə vaxt baş verəcəyini biz indi deyə bilmərik", - o deyib.

Simmons qeyd edib ki, NATO Gürcüstana alyans standartlarına çatmaq üçün kömək məqsədilə mümkün hər şeyi edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti