...

Azərbaycan Parlamentinin sədri Belarusa səfər edəcək

Siyasət Materials 10 Oktyabr 2009 12:10 (UTC +04:00)
Azərbaycan parlamentinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko və Respublika Şurasının sədri Boris Batura ilə də görüşəcək.
Azərbaycan Parlamentinin sədri Belarusa səfər edəcək

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycan Parlamentinin (Milli Məclisi) sədri Belarusa səfər edəcək.

Oktyabrın 12-dən 14-ə kimi davam edəcək səfər zamanı spiker Oqtay Əsədovun Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü nəzərdə tutulur. Trend -un məlumatına görə, şənbə günü Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın bugünkü vəziyyəti və gələcək inkişaf prespektivləri barədə fikir mübadiləsi aparılacaq.

Azərbaycan parlamentinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko və Respublika Şurasının sədri Boris Batura ilə də görüşəcək.

Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə müzakirələr aparılacaq.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, səfər zamanı iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti