ABŞ Prezidenti Barak Obama Amerika xalqı adından Azərbaycan Prezidentini və xalqını Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib, bu barədə məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
ABŞ dövlət başçısı təbrik məktubunda qeyd edib ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının mühüm tərəfdaşıdır, iki ölkə regionda sabitliyin və rifahın gücləndirilməsi istiqamətində birgə işləyir. ABŞ Prezidenti qeyd edib ki, ölkəsi qarşıdakı aylarda və illərdə də bu əlaqələri möhkəmləndirməyi arzulayır.
Prezident Obama Azərbaycana sülh və tərəqqi arzulayıb.