...

Erqnetidə Cenevrə formatı çərçivəsində növbəti Gürcüstan-Osetiya görüşü keçiriləcək

Siyasət Materials 19 Oktyabr 2009 11:17 (UTC +04:00)
Bu gün Gürcüstan-Osetiya münaqişə zonasında, Erqneti kəndində Cenevrə razılaşması çərçivəsində ATƏT sədrliyinin nümayəndəsinin vasitəçiliyi ilə Cənubi Osetiya və Gürcüstan nümayəndələrindən ibarət işçi qrupların növbəti görüşü keçiriləcək. Bu görüş regiondakı gərginliyin qarşısının alınmasına həsr olunur.
Erqnetidə Cenevrə formatı çərçivəsində növbəti Gürcüstan-Osetiya görüşü keçiriləcək

Gürcüstan, Tbilisi, 19 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/

Bu gün Gürcüstan-Osetiya münaqişə zonasında, Erqneti kəndində Cenevrə razılaşması çərçivəsində ATƏT sədrliyinin nümayəndəsinin vasitəçiliyi ilə Cənubi Osetiya və Gürcüstan nümayəndələrindən ibarət işçi qrupların növbəti görüşü keçiriləcək. Bu görüş regiondakı gərginliyin qarşısının alınmasına həsr olunur.

Gürcüstan tərəfini Gürcüstan DİN-in İnformasiya-Analitika Departamentinin rəisi Şota Utiaşvili, Osetiyanı isə Cənubi Osetiya prezidentinin münaqişədən sonrakı məsələlər üzrə nümayəndəsi Boris Çoçiev təmsil edəcək.

Görüşdə Aİ, ATƏT nümayəndələri və Rusiyanın hərbçiləri iştirak edəcək, tərəflər operativ məsələləri müzakirə edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti