Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda axtarışda olan Rusiya vətəndaşı Yaponiyada həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində axtarışda olan Rusiya vətəndaşı Mahmud Əliyev Yaponiyanın Niqata şəhərində tutulub. Onun ekstradisiya edilməsi üçün tədbirlər görülür.
Saxlanılan şəxs Azərbaycan Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə axtarışda olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]