...

Moskvanın Düşənbəyə göstərdiyi köməyi heç bir ölkə göstərməyəcək - ekspert

Siyasət Materials 24 Oktyabr 2009 17:55 (UTC +04:00)
Heç bir ölkə Düşənbəyə Rusiyanın göstərdiyi həcmdə kömək göstərməyəcək
Moskvanın Düşənbəyə göstərdiyi köməyi heç bir ölkə göstərməyəcək - ekspert

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir V.Javoronkova /

"Bu regiona başqa ölkələrin də maraq göstərməsinə baxmayaraq, Rusiyanın Tacikistana göstərdiyi köməyi heç bir ölkə göstərməyəcək", Mərkəzi Asiya ölkələri üzrə rusiyalı ekspert Leonid Qusyev belə hesab edir.

"Bu regiona başqa ölkələrtin də maraq göstərməsinə baxmayaraq, Rusiyanın Tacikistana göstərdiyi köməyi heç bir ölkə göstərməyəcək", - Rusiyanın XİN-nin MDBMİ Beynəlxalq Tədqiqtalar Mərkəzinin baş elmi işçisi Qusyev elektron poştu vasitəsilə Trend -a deyib.

Tacikistan prezidenti İmaməli Rəhmonov 22 oktyabrda Rusiyaya rəsmi səfər edib. Rəhmon RF-nın prezidenti Dmitri Medvedyevlə ikitərəfli əlaqələrin bir sıra məsələlərini müzakirə edib. Tacikistanda Rusiyanın 201-ci bazasının olması, energetika, Tacikistanda rus dilinin statusu müzakirə edilən məslələr arasında olub.

Məlumata görə, prezidentlər bütün mübahisəli məsələlərdə razılığa nail olublar.

"Danışıqların məqsədinə gəldikdə isə bir sıra ekspertlər kimi mən də hesab edirəm ki, bütün bu məsələlər Moskvaya təsir vasitəsi kimi şişirdilir", - Qusyev deyib.

Onun fikrincə, Rahman Rusiya ilə əlaqələri kəsə bilməz. Bunun əsas səbəblərindən biri Moskvanın Tacikistana göstərdiyi köməkdir. Qusyevin sözlərinə görə, heç bir ölkə Moskvanın Tacikistandan qəbul etdiyi qədər işçi qəbul etməyəcək.

Rusiya Tacikistan vətəndaşları üçün miqrasiya hüquqlarını təkmilləşdirmək niyyətindədir. Ekspertin sözlərinə görə, məsələ ondadır ki, Rusiyada çox sayda Tacikistan vətəndaşı çalışır.

Bundan əlavə, tərəflər Tacikistann 201-ci bazaya görə Rusiya tərəfindən haqq almayacağına dair razılığa gəliblər. Ekspertin sözlərinə görə isə, qeyri rəsmi görüşlərdə söhbət ildə 300 milyon dollardan gedib. Hərhalda 2014-cü ilədək ödənmə olmayacaq.

"Daha sonra nə olacağı hələlik məlum deyil", - Qusyev deyib.

Rusiya və Tacikistan "hərbi-texniki əməkdaşlıq" barədə də razılığa gəliblər. Qusyevin fikrincə, silah və döyüş sursatlarının tədarükü nəzərdə tutulur.

Medvedyev Tacikistanla əlaqəli yaranan problemləri tənzimləmək niyyətində olduğunu bildirib.

Bundan əlavə, Rusiya lideri Tacikistanla neft-qaz və su elektrik enerjisi sahəsində əməkdaşlığı sürətləndirməyin vacib hesab edir, ekspert deyib.

"Doğrudur, Rusiya hələ Roqunsk SES-nı tikib başa çatdırmağa hazır deyil - Tacikistan ona gələcək SES-nın idarə edilməsi üzrə nəzarət paketini verməkdən imtina edib", - Qusyev deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi keçən ilin iyul ayında hər iki prezident tərəfindən işə salınan Sanqtudinsk SES-da istehsal edilən elektrik enerjisinə görə borcların ödənilməsini hələ gözləmir

Xəbər lenti

Xəbər lenti