...

İrandan Azərbaycana keçən avtobusda külli miqdarda narkotik vasitə aşkarlanıb

Siyasət Materials 26 Oktyabr 2009 14:45 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend News-a verilən məlumata görə, Astara Gömrük İdarəsində Bahəddin Quliyevin idarə etdiyi İkarus markalı avtobusa gömrük baxışı zamanı karton qutularda 30 kq 200 qram həşiş qatranı müsadirə edilib.
İrandan Azərbaycana keçən avtobusda külli miqdarda narkotik vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

İrandan Azərbaycana keçən avtobusda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Astara Gömrük idarəsində Bahəddin Quliyevin idarə etdiyi İkarus markalı avtobusa gömrük baxışı zamanı karton qutularda 30 kq 200 qram həşiş qatranı müsadirə edilib.

Keçirilən əməliyyat tədbiri nəticəsində Bakının Sabunçu rayonu ərazisinə gətirilmiş kustar üsulla hazırlanmış 30 kiloqramdan artıq həşiş qətranı sərnişin avtobusundan Azərbaycan vətəndaşları Vüsal Məmmədov, Amil Əliyev tərəfindən qəbul edilib, Şakir Nadirovun idarə etdiyi QAZ-33021 markalı avtomaşına yüklənərkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.3.2) və narkotiklərin qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması (234.4.3-cü) maddələri ilə cinayət işi başlanıb.

Həmin şəxslər həbs edilib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti