...

ABŞ-ın Müdafiə Departamentinin nümayəndə heyəti Gürcüstan mudafiə idarəsinin prioritetləri ilə tanış olur

Siyasət Materials 27 Oktyabr 2009 14:19 (UTC +04:00)
ABŞ-ın Müdafiə Departamentinin CAPSTONE (Peşəkar Hərbi Təhsil Proqramı) nümayəndələri Gürcüstan Müdafiə Nazirliyində olublar. Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata əsasən, səfərin məqsədi silahlı qüvvələrin inkişafı və nazirliyin prioritetləri ilə tanış olmaqdır.
ABŞ-ın Müdafiə Departamentinin nümayəndə heyəti Gürcüstan mudafiə idarəsinin prioritetləri ilə tanış olur

Gürcüstan, Tbilisi, 27 oktyabr / Trend , müxbir N.Kirtsxalia/

ABŞ-ın Müdafiə Departamentinin CAPSTONE (Peşəkar Hərbi Təhsil Proqramı) nümayəndələri Gürcüstan Müdafiə Nazirliyində olublar. Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata əsasən, səfərin məqsədi silahlı qüvvələrin inkişafı və nazirliyin prioritetləri ilə tanış olmaqdır.

ABŞ-ın Müdafiə Departamentinin nümayəndə heyətini Silahlı Qüvvələrin birləşmiş qərərgah rəhbəri general-mayor Devi Çankotadze və Strateji Planlaşdırma Departamentinin rəhbəri polkovnik Nikoloz Cancqava qəbul edib.Tərəflər Gürcüstanın NATO-ya inteqrasiyası və regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər. Həmçinin ABŞ və Gürcüstan arasında hərbi əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.

20 nəfərlik nümayəndə heyəti Gürcüstanda tanışlıq xarakterli səfərdədir. Qonaqlar həmçinin Təhlükəsizlik Şurasının katibi Eko Tkeşelaşvili və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Rondeli ilə görüşəcəklər.

Nümayədə heyəti ölkəni oktyabrın 27-də tərk edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti