...

Türkiyə bayrağının Bakıda yenidən dalğalanması təxribatçı qüvvələrə ən tutarlı cavab oldu - azərbaycanlı deputat

Siyasət Materials 28 Oktyabr 2009 13:12 (UTC +04:00)
"Bayrağın yenidən dalğalanması Türkiyə və Azərbaycanın qardaş münasibətlərinə təxribatla zərər vurmaq istəyən qüvvələrə qarşı ən yaxşı cavabdır", - Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Parlamentinin deputatı Gültəkin Hacıbəyli bildirib.
Türkiyə bayrağının Bakıda yenidən dalğalanması təxribatçı qüvvələrə ən tutarlı cavab oldu - azərbaycanlı deputat

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Türkiyə bayrağının Bakının Şəhidlər Xiyabanında yenidən dalğalanması təxribatçı qüvvələrə ən tutarlı cavab oldu.

"Bayrağın yenidən dalğalanması Türkiyə və Azərbaycanın qardaş münasibətlərinə təxribatla zərər vurmaq istəyən qüvvələrə qarşı ən yaxşı cavabdır", - Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Parlamentinin deputatı Gültəkin Hacıbəyli bildirib.

Trend -un arayışı:
Bu gün gecə saat 01.30-da türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin yanında Türkiyə və Azərbaycan bayraqları qaldırılıb.

Oktyabrın 15-də Şəhidlər Xiyabanında şəhid türk hərbçilərinin şərəfinə ucaldılmış abidənin ətrafındakı Türkiyə və Azərbaycan bayraqları yığışdırılmışdı. Eləcə də Türkiyənin Dini Xidmətlər Müşavirliyinin qarşısındakı Azərbaycan və Türkiyə bayraqları endirilmişdi.

Hacıbəylinin fikrincə, "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" qanuna dəyişiklik edilə bilər və həmin qaydalar Türkiyə bayrağına şamil edilməyə bilər.

Mövcud qanunvericiliyə görə, Azərbaycanda xarici bayraqlar yalnız həmin ölkənin səfirliklərinin ərazisində asıla bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti