...

Türkiyə Parlamentinin üzvü Azərbaycanla viza rejiminin ləğvini istəyir

Siyasət Materials 30 Oktyabr 2009 12:04 (UTC +04:00)
"Qardaş Azərbaycan və Türkiyə arasında viza rejimi ləğv edilməlidir", - cümə günü Bakıda Trend News-a Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyətçi Hərəkat Partiyasından olan millət vəkili Şenol Bal deyib.
Türkiyə Parlamentinin üzvü Azərbaycanla viza rejiminin ləğvini istəyir

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir  Ü.Sadıxova/

Türkiyə Parlamentinin üzvü Azərbaycanla viza rejiminin ləğvini təklif edib.

"Qardaş Azərbaycan və Türkiyə arasında viza rejimi ləğv edilməlidir" cümə günü Bakıda Trend -a Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyətçi Hərəkat Partiyasından olan millət vəkili Şenol Bal deyib.

Türkiyə Azərbaycanla viza rejimini ötən il sadələşdirib. Türkiyənin türkdilli ölkələr, o cümlədən Azərbaycan Respublikası ilə viza rejimini sadələşdirməsi bu ölkənin sərhəd xidməti orqanlarının daxili prosedur qaydalarının sadələşdirilməsi ilə bağlı məsələdir. Türkiyə hökumətinin bu qərarından əvvəl Azərbaycan vətəndaşları 10 ABŞ dolları rüsum ödəməklə Türkiyə ərazisində 90 gün qalmaq hüququ əldə edə bilirdilər. Son viza sadələşdirməsindən sonra isə vətəndaşlarımız viza rəsmiləşdirmədən və heç bir rüsum ödəmədən Türkiyədə 30 gün qalmaq imkanı əldə edirlər. Digər məqsədlərlə Türkiyəyə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30 gündən artıq müddətə qalmaq məsələsi isə Türkiyənin əcnəbi vətəndaşların hüquqi statusunu tənzimləyən qanunvericiliyinə uyğun olaraq və müvafiq prosedurlara əsasən həll edilir.

Türkiyə sonuncu dəfə viza rejimini bu ay Suriya ilə ləğv edib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti