...

Azərbaycan Parlamentinin deputatı reproduktiv sağlamlıqla bağlı seminarda iştirak edəcək

Siyasət Materials 31 Oktyabr 2009 13:33 (UTC +04:00)
“Milli Məclisin üzvü İlham Məmmədov BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya Regional Ofisinin dəstəyi ilə keçirilən seminarda iştirak etmək üçün noyabrın 1-dən 4-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaq”, - şənbə günü Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentinin deputatı reproduktiv sağlamlıqla bağlı seminarda iştirak edəcək

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin depuatatı reproduktiv sağlamlıqla bağlı seminarda iştirak edəcək.

"Milli Məclisin üzvü İlham Məmmədov BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya Regional Ofisinin dəstəyi ilə keçirilən seminarda iştirak etmək üçün noyabrın 1-dən 4-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaq", - şənbə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Milli Məclisin Sosial siyasət komitəsi "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi hazırlayıb. Qanun reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlərin əldə olunması, reproduktiv hüquqların həyata keçirilməsi üçün hüquqi əsasları müəyyən edir.

Seminarda reproduktiv sağlamlıq məsələsi, milli səhiyyə sistemlərində bu strategiyanın tətbiqi və təbliği prinsipləri müzakirə olunacaq. "Tədbirdə reproduktiv sağlamlığın təbliğat şəbəkəsinin yaradılması məsələsinə də baxılacaq. Şərqi Avropa regionundakı mövcud təcrübə nəzərdən keçiriləcək", - məlumatda vurğulanır.

Məmmədov seminarda çıxış edərək ölkəmizdə reproduktiv sağlamlığın qanunvericilik bazası, aparılan səhiyyə islahatları sırasında bu sahədə görülən işlər, 2010-2015-ci illərdə Azərbaycanda reproduktiv sağlamlıq üzrə bu il qəbul olunan milli strategiya barədə ətraflı məlumat verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti