...

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq daha da möhkəmlənəcək - Türkiyə Quru Qoşunlarının komandiri

Siyasət Materials 2 Noyabr 2009 17:14 (UTC +04:00)
Azərbaycanın və Türkiyənin Silahlı Qüvvələri arasında hərbi əməkdaşlıq əvvəlcədən olub və zaman-zaman davam edəcək. Bu sözləri Trend News-a Türkiyə Quru Qoşunlarının komandiri, ordu generalı Işık Koşaner bazar ertəsi Bakıda bildirib.
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq daha da möhkəmlənəcək - Türkiyə Quru Qoşunlarının komandiri

Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir R.Hafizoğlu/

Azərbaycanın və Türkiyənin Silahlı Qüvvələri arasında hərbi əməkdaşlıq əvvəlcədən olub və zaman-zaman davam edəcək. Bu sözləri Trend -a Türkiyə Quru Qoşunlarının komandiri, ordu generalı Işık Koşaner bazar ertəsi Bakıda  bildirib.

"Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq daha da möhkəmlənəcək", - Koşaner deyib.

Bu gün Türkiyənin yüksəkçinli hərbi nümayəndələrinin Azərbaycana səfəri başlayıb. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə Quru Qoşunlarının komandiri, ordu generalı Işık Koşaner Bakıda bir sıra görüşlər keçirəcək.

Azərbaycana mütəmadi səfərlər edən Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli şəxsləri bu dəfə Azərbaycan Silahlı Qüvvələri ilə müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Koşaner bildirib ki, səfər Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin rəsmi dəvəti ilə baş tutub və tanışlıq məqsədi daşıyır.

Səfər zamanı iki ölkə arasındakı hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti