...

Azərbaycan Prezidenti ombudsman haqqında qanuna dəyişiklik edilməsi barədə qanunun tətbiqi haqqında sərəncam imzalayıb

Siyasət Materials 3 Noyabr 2009 20:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Konstitusiya Qanununun tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti ombudsman haqqında qanuna dəyişiklik edilməsi barədə qanunun tətbiqi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Konstitusiya Qanununun tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; öz səlahiyyətləri daxilində bu qanundan irəli gələn digər məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti