...

Yanvarda Bakıda Xəzərin təhlükəsizlik məsələləri üzrə danışıqlar aparılacaq

Siyasət Materials 4 Noyabr 2009 15:04 (UTC +04:00)
2010-cu ilin yanvar ayında Bakıda Xəzərin təhlükəsizlik məsələləri üzrə növbəti danışıqların aparılması planlaşdırılıb.
Yanvarda Bakıda Xəzərin təhlükəsizlik məsələləri üzrə danışıqlar aparılacaq

Türkmənistan, Aşqabad, 4 noyabr /Trend Neüs, müxbir H.Həsənov/

2010-cu ilin yanvar ayında Bakıda Xəzərin təhlükəsizlik məsələləri üzrə növbəti danışıqların aparılması planlaşdırılıb. Bu haqda bu gün Türkmənistan paytaxtında Xəzərin statusu üzrə konvensiyanın hazırlanmasına dair iclasda deyilib, Trend -a danışıqlara yaxın olan mənbə xəbər verib.

Hazırkı görüş 5 Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilir. Görüşdə Azərbaycanı XİN rəhbəırinin müavini Xələf Xələfov təmsil edir. Görüşdə Qazaxıstan, Rusiya, İran və Türkmənistan da iştirak edir.

Xəzərin təhlükəsizlik məsələlələri üzrə razılığın hazırlanmasının vacibliyinə dair qərar 2007-ci ilin oktyabr ayında Xəzəryanı dövlətlərin Tehrandakı sammiti zamanı qəbul edilib. Koordinasiya Azərbaycana həvalə edilmişdi. Bu ilin oktyabr ayının sonunda Bakıda müvafiq görüş keçirilib.

Sovet İttifaqı dağılanadək Xəzərin statusu SSRİ ilə İran arasında 1922 və 1940-cı illərdə imzalanan sənədlərə əsaslanırdı. Hazırda Xəzərin dibinin bölünməsi məsələsi Azərbaycan, Türkmənistan, İran arasında tənzimlənib. Qazaxıstan, Azərbaycan və Rusiya bu məsələdə qarşılıqlı razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti