...

İran Condullah rəhbərinin qardaşının edam edilməsi xəbərini təkzib edib

Siyasət Materials 4 Noyabr 2009 14:59 (UTC +04:00)
İranın Sistan və Bəluçustan əyalətinin polis komandirinin müavini Condullah qrupu rəhbərinin qardaşı Əbdulhəmid Reyginin edam olunması xəbərini təkzib edib.
İran Condullah rəhbərinin qardaşının edam edilməsi xəbərini təkzib edib

İranın Sistan və Bəluçustan əyalətinin polis komandirinin müavini Condullah qrupu rəhbərinin qardaşı Əbdulhəmid Reyginin edam olunması xəbərini təkzib edib.

İranın Sistan və Bəluçustan polisinin komandir müavini Məhəmməd Ərəb bildirib ki, ötən gün Zahidan şəhərində edam olunan şəxs Condullah qrupunun rəhbəri Əbdül Malik Reyginin qardaşı deyil, onun Reyginin qardaşı ilə ad oxşarlığı olub. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Ərəb əlavə edib ki, bazar ertəsi Zahidan şəhər həbsxanasında Əbdül-Həmid Reygi adında şəxs edam olunub. Bu şəxs Condullah qruplaşmasının nüfuzlu şəxslərindən olub, lakin Əbdül-Malik Reyginin qardaşı deyil.

Oktyabrın 18-də İranın Bəluçustan əyalətində baş verən terror aktı nəticəsində 41 vətəndaş, o cümlədən İran İnqilabı Korpusunun iki generalı həlak olub. Partlayışa görə məsuliyyəti Condullah öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti