...

Azərbaycan XİN vətəndaşlara Ukraynadakı vəziyyət ilə əlaqədar olaraq xəbərdarlıq edir

Siyasət Materials 6 Noyabr 2009 13:14 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına А/H1N1 virusuna yoluxma fəallığının artdığı Ukraynadakı vəziyyət ilə əlaqədar olaraq xəbərdarlıq edir.
Azərbaycan XİN vətəndaşlara Ukraynadakı vəziyyət ilə əlaqədar olaraq xəbərdarlıq edir

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir M.Əliyev /

Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına А/H1N1 virusuna yoluxma fəallığının artdığı Ukraynadakı vəziyyət ilə əlaqədar olaraq xəbərdarlıq edir.

Azərbaycan vətəndaşlarına yaxın müddətdə mümkün olduğu qədər bu ölkəyə səfər etməmək və ehtiyatlı olmaq tövsiyyə olunur, cümə günü Trend -a Azərbaycanın XİN-nin rəsmi nümayəndəsi Elxan Poluxov bildirib.

XİN Ukraynada hal-hazırda daimi və ya müvəqqəti yaşayan vətəndaşlara təhlükəsizliklərini təmin etmək üçün lazımı tədbirlər görməyi tövsiyyə edir.

Ötən həftə Ukraynada qrip epidemiyası elan olunub. Müxtəlif məlumatlara əsasən, sözü gedən epidemiyadan 90 nəfər həlak olub. Üçü ölümlə nəticələnən hal olmaqla A/H1N1 virusuna 17 yoluxma halı qeydə alınıb. Xəsətlik əsasən Ukraynanın qərbində qeydə alınır, lakin qripin və KRVİ-nın (kəskin respirator virus infeksiyaları) digər regionlarda da yayılması haqqında məlumatlar daha çoxdur.

Bir sıra ekspertlər bildiriblər ki, ölkədə epidemiya ilə əlaqədar olaraq fövqaladə vəziyyət elan oluna bilər ki, bu da 2010-cu ilin yanvarın 17-də nəzərdə tutulmuş prezident seçkiləri prosesinin pozulmasına səbəb ola bilər. Fövqaladə vəziyyətin tətbiq olunmasının mümkünlüyü barədə həmçinin spiker Vladimir Litvin də bəyan edib.

Xəbər lenti

Xəbər lenti