...

GUAM PA-nın üzvləri Ukraynada keçiriləcək prezident seçkilərinə nəzarət edəcəklər

Siyasət Materials 9 Noyabr 2009 16:33 (UTC +04:00)
GUAM-ın Parlament Assambleyasının üzvləri Ukraynada yanvarın 17-nə planlaşdırılan prezident seçkilərində müşahidəçi statusunda iştirak edəcəklər. Bu qərar bu gün Tbilisidə GUAM-ın Parlament Assambleyasının dördüncü iclasında qəbul olunub.
GUAM PA-nın üzvləri Ukraynada keçiriləcək prezident seçkilərinə nəzarət edəcəklər

Gürcüstan, Tbilisi, 09 noyabr / Trend , müxbir N.Kirsxaliya/

GUAM-ın Parlament Assambleyasının üzvləri Ukraynada yanvarın 17-nə planlaşdırılan prezident seçkilərində müşahidəçi statusunda iştirak edəcəklər. Bu qərar bu gün Tbilisidə GUAM-ın Parlament Assambleyasının dördüncü iclasında qəbul olunub.

Qəbuk olunan qətnamə ilə əlaqəli bəyanatla GUAM-ın baş katibi Valeri Çeçelaşvili çıxış edib.

İclasın aparıcısı Vano Xuxuneişvilinin sözlərinə görə, seçkilərdə iştirak barədə bəyanatla Ukraynanın Ali Radasının sədri müraciət edib. Onun sözlərinə görə, prezident seçkilərində iştirak ilk presedent deyil və bu cür təcrübə artıq Azərbaycanda da öz yerini tapıb.

İclasda daha bir qətnamə qəbul edilib. Sözügedən qətnamə Parlament Assambleyası çərçivəsində komitələrin işinə aiddir. Xüsusilə, fəaliyyət göstərən üç komitəyə biri də - regional təhlükəsizlik məsələləri üzrə komitə əlavə olunub, mədəniyyət və təhsil komitəsinin əhatə dairəsinə isə ekologiya sahəsi də daxil edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti