...

Azərbaycanda bələdiyyə üzvlüyünə 22 851 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 9 Noyabr 2009 15:56 (UTC +04:00)
"Bu günə kimi 1718 bələdiyyə üzrə 32 933 nəfərin namizədliyi təsdiq edilib. Namizədliyi təsdiqlənən şəxslərin 32 086 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb, həmin şəxslərdən 27 053 nəfəri isə namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər", - bazar ertəsi Trend News-a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 22 851 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda bələdiyyə üzvlüyünə 22 851 nəfərin namizədliyi qeydə alınıb.

"Bu günə kimi 1718 bələdiyyə üzrə 32 933 nəfərin namizədliyi təsdiq edilib. Namizədliyi təsdiqlənən şəxslərin 32 086 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb, həmin şəxslərdən 27 053 nəfəri isə namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər", - bazar ertəsi Trend -a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Məlumatda qeyd edilir ki, artıq 1700 bələdiyyə üzrə 22 851 nəfərin namizədliyi qeydə alınıb. "Qeydə alınan namizədlərin 12 070 nəfəri ali təhsillidir. Namizədliyi qeydə alınanların 4962-si qadındır.

Namizədlikəri qeydə alınan şəxslərdən 5972 nəfəri bitərəfləri, digərləri isə 24 siyasi partiyanı əhatə edirlər. 22 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb. Bu partiyalardan 13-nün irəli sürdüyü namizədlər dairə seçki komissiyalarında qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti