...

Azərbaycan prezidenti Ilham Əliyevin Belarusa rəsmi səfəri başlayib

Siyasət Materials 12 Noyabr 2009 15:21 (UTC +04:00)
Noyabrın 12-də Belarusda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə, Prezident İqamətgahında rəsmi qarşılanma mərasimi olub. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.
Azərbaycan prezidenti Ilham Əliyevin Belarusa rəsmi səfəri başlayib

Noyabrın 12-də Belarusda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə, Prezident İqamətgahında rəsmi qarşılanma mərasimi olub. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.

Azərbaycanın və Belarusun dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Belarus Prezidenti Aleksandr Lukaşenko qarşılayıb. Hərbi orkestrin ifasında Azərbaycanın və Belarusun dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olunub.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Daha sonra fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Xəbər lenti

Xəbər lenti