...

Biz ikitərəfli münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq, Azərbaycan Prezidenti İlham Əliyev

Siyasət Materials 13 Noyabr 2009 10:59 (UTC +04:00)
Biz ikitərəfli münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq, Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Minskdə noaybrın 12-də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə bildirib, AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Biz ikitərəfli münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq, Azərbaycan Prezidenti İlham Əliyev

Biz ikitərəfli münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq, Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Minskdə noaybrın 12-də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə bildirib, AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Biz ikitərəfli münasibətlərimizin necə inkişaf etməsindən, qəbul edilən qərarların necə yerinə yetirilməsindən çox razıyıq. Bu baxımdan, Belarus ilə Azərbaycan arasında ümumi cəhətlər çoxdur. Qərarlar qəbul olunur, operativ yerinə yetirilir və biz yaxşı, keyfiyyətli nəticələr görürük", - İlham Əliyev bildirib.

Azərbaycanın dövlət başçısı qeyd edib ki, Azərbaycan və Belarus arasındakı münasibətlər çox dinamik, fəal inkişaf edir. Bunun əsas göstəricisi odur ki, hətta böhran şəraitində ölkələr arasında ticarət-iqtisadi əlaqələr artır. Bu, bizim iqtisadi sahədə qarşılıqlı fəaliyyət, konkret layihələrin həyata keçirilməsi çərçivəsində son illər gördüyümüz işlərin nəticəsidir.

"2006-cı ildə burada, Minskdə və 2007-ci ildə Sizin rəsmi səfəriniz zamanı Bakıda razılığa gəldiyimiz layihələrin operativ, səmərəli və keyfiyyətlə həyata keçirilməsi onu göstərir ki, siyasi əzmkarlıq olduqda hər şeyi həll etmək mümkündür. Bu siyasi əzmkarlıq vardır", - o bildirib.

Azərbaycan Prezidenti ölkələr arasında siyasi münasibətlərin çox yüksək səviyyədə olduğunu qeyd edib. "Biz beynəlxalq təşkilatlar çərçivəsində də fəal qarşılıqlı fəaliyyət göstəririk. Fəal siyasi dialoq mövcuddur. Biz bütün beynəlxalq tədbirlərdə prezidentlər səviyyəsində mütəmadi olaraq görüşürük. Səfərlərimiz intensiv xarakter daşıyır və hökumət başçılarımız son bir neçə ildə üç səfər etmişlər, nazirlər səviyyəsində yaxşı əlaqələr mövcuddur. Və biz praktikada bunun nəticələrini görürük", - o bildirib.

Prezidentin sözlərinə əsasən, birinci görüşdə gələcək əməkdaşlığın konkret layihələri birlikdə müəyyənləşdirilib. Layihələr çox geniş istiqamətləri əhatə edir, kənd təsərrüfatı, maşınqayırma sahəsində yeni layihələr, birgə müəssisələrin yaradılması üzrə layihələr.

İlham Əliyev qeyd edib ki, Belarusun da, Azərbaycanın da yaxşı investisiya potensialı vardır. "Mən əminəm ki, bu gün müəyyənləşdirdiklərimizin həyata keçirilməsi ticarət dövriyyəsinin həcmini daha da artıracaqdır. Mən Sizin o fikrinizlə razıyam ki, sürətli artıma baxmayaraq, bugünkü səviyyə dövlətlərimizin potensialına cavab vermir. Düşünürəm ki, yarım milyard tamamilə real rəqəmdir və biz onu müvəqqəti hədd kimi müəyyən edə bilərik. Gələcəkdə isə indi dediklərimizin həyata keçirilməsi nəticəsində, zənnimcə, bu, milyardlarla ölçüləcəkdir", - o qeyd edib.

"Belarusun iqtisadiyyatı çox səmərəlidir. Son illər Azərbaycan iqtisadiyyatının yüksəlişi iqtisadi və sosial xarakterli bir çox məsələləri həll etməyə imkan verir. Qeyd etdiyimiz kimi, iqtisadiyyatlarımız rəqabət aparan iqtisadiyyatlar deyildir. Onlar sanki bir-birini dəstəkləyirlər. Bütün bu ilkin şərtlər, möhkəm siyasi əlaqələr, iqtisadi baxımdan qarşılıqlı maraqlar, maşınqayırma sahəsində layihələrin gerçəkləşdirilməsindən konkret nəticələrin əldə edilməsi şəraitində çox böyük potensial görürük. Bu imkanlardan istifadə etməmək və münasibətlərimizi irəlilətməmək yolverilməz olardı. Əminəm ki, bunun üçün bütün imkanlarımız vardır. Biz gələcəkdə də bütün məsələlər üzrə səmərəli qarşılıqlı fəaliyyət göstərəcək, müəyyənləşdirdiklərimizi operativ həll etmək üçün daim əlaqə saxlayacağıq", - İlham Əliyev vurğulayıb və sonda Belarus Prezidentinə qonaqpərvərliyinə görə təşəkkürünü bildirərək və fəal əməkdaşlığın davam edəcəyinə ümid etdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti