...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası yazılı şəkildə verilməyən şikayətləri müzakirə etməyəcək

Siyasət Materials 16 Noyabr 2009 17:22 (UTC +04:00)
"Bizə daxil olan şikayətlər faktlarla təsdiq olunmadığı halda müzakirə edilməyəcək", - Trend News-un məlumatına görə, bazar ertəsi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası yazılı şəkildə verilməyən şikayətləri müzakirə etməyəcək

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası yazılı şəkildə verilməyən şikayətləri müzakirə etməyəcək.

"Bizə daxil olan şikayətlər faktlarla təsdiq olunmadığı halda müzakirə edilməyəcək", - Trend -un məlumatına görə, bazar ertəsi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Pənahovun sözlərinə görə, bəzən bələdiyyə üzvlüyünə namizədlər onlara müxtəlif orqanların əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə komissiyaya telefonla da şikayət edirlər. "Ancaq həmin şikayətləri araşdıran zaman onların həqiqətəuyğun olmadığı müəyyənləşir. Ona görə də bundan sonra komissiyaya yalnız yazılı şəkildə daxil olan şikayətlər müzakirəyə çıxarılacaq", - MSK sədri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti