...

Azərbaycanda bələdiyyə seçkilərində qeydə alınan namizədlərin 60 faizə qədəri hakim partiyanın nümayəndələridir

Siyasət Materials 17 Noyabr 2009 17:41 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasını (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 15 637 namizəd təmsil edəcək. Bu barədə YAP-ın sədr müavini, icraçı katib Əli Əhmədov çərşənbə axşamı seçkilərdə iştirak edəcək partiya nümayəndələrinin iclasında bildirib.
Azərbaycanda bələdiyyə seçkilərində qeydə alınan namizədlərin 60 faizə qədəri hakim partiyanın nümayəndələridir

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyasını (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 15 637 namizəd təmsil edəcək. Bu barədə YAP-ın sədr müavini, icraçı katib Əli Əhmədov çərşənbə axşamı seçkilərdə iştirak edəcək partiya nümayəndələrinin iclasında bildirib. Məlumatı partiyanın internet saytı yayıb.

MSK-nın sonuncu məlumatına görə, 1718 bələdiyyə üzrə 27 177 namizəd qeydə alınıb.

Əli Əhmədovun sözlərinə görə, partiyadan namizədliyini qeydə alınan 4794 namizəd hazırda bələdiyyə üzvləridir və onlar təkrar namizədliklərini irəli sürüblər.

"Bu seçkilərdə məqsədimiz partiyamızın bələdiyyələrdə təmsilçiliyini minimum bu səviyyədə saxlamaq və daha yüksək nəticə əldə etməkdir", - YAP-ın sədr müavini deyib.

2004-cü ildə keçirilmiş seçkilərdən sonra YAP üzvlərinin bələdiyyələrdə təmsilçiliyi 60 faiz olub. Sonradan bəzi bələdiyyə üzvlərinin YAP-a keçməsi nəticəsində partiyanın yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi 64 faizə yüksəlib.

Əhmədov hazırda fəaliyyətdə olan bələdiyyələrin tərkibində qadınların və gənclərin təmsilçiliyinin aşağı olduğunu xatırladıb və "qarşıdan gələn seçkilərdə bu məsələyə daha çox diqqət ayrılmalı olduğunu" bildirib.

Əhmədov məlumat verib ki, bu seçkilərdə partiyanın şüarı "Xalqa xidmət naminə" olacaq. YAP bələdiyyə seçkiləri ilə bağlı seçki proqramı qəbul edib və həmin proqramda bələdiyyələrin və üzvlərinin vəzifələri, əhaliyə keyfiyyətli xidmətin göstərilməsi imkanları əks olunub.

Partiya təşviqat kampaniyasına noyabr ayının 25-də başlayacaq.

1718 bələdiyyə üzrə 15 682 üzvün seçiləcəyi nəzərdə tutulur.

Daha əvvəllər yerli özünüidarəetmə orqanlarına seçkilər iki dəfə - 1999 və 2004-cü illərdə keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti