...

İran "Azərbaycan" adlı avtomobil istehsal edəcək

Siyasət Materials 18 Noyabr 2009 17:17 (UTC +04:00)
İran "Azərbaycan" adlı avtomobil istehsal edəcək. İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi bildirib ki, gələn ildən "Azərbaycan" adlı avtomobilin istehsalına başlanılacaq.
İran "Azərbaycan" adlı avtomobil istehsal edəcək

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir T.Cəfərov/

İran "Azərbaycan" adlı avtomobil istehsal edəcək. İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi bildirib ki, gələn ildən "Azərbaycan" adlı avtomobilin istehsalına başlanılacaq. Məlumatı Trend MEHR xəbər agentliyinə istinadən yayıb.

"İranda yaşayan bütün xalqlar prezident üçün əzizdir, lakin Azərbaycan xalqı daha əzizdir və Prezident Əhmədinejad Azərbaycan xalqını daha çox istəyir", - Rəhimi çərşənbə günü Təbriz şəhərində Sufian sement zavodunun açılış mərasimində bildirib.

Rəhimi əlavə edib ki, İran xalqı və bütün dünya müsəlmanları fəxr edir ki, İranın ali rəhbəri Təbrizlidir. "İran Prezidenti Əhmədinejadın Təbrizə səfəri zamanı verdiyi vədlərdən biri həyata keçiriləcək. Həmin vəd yüksək keyfiyyətli "Azərbaycan" adlı avtomobilin istehsalına başlanılmasıdır", - Rəhimi deyib.

Rəhimi əlavə edib ki, "Azərbaycan" avtomobili "İran Khodro" şirkəti tərəfindən istehsal olunacaq. İran Prezidentinin bu günə Təbrizə nəzərdə tutulan səfəri cümə axşamına təxirə salınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti