...

Azərbaycan Prezidenti Ucar-Yevlax avtomobil yolunun açılış mərasimində iştirak edib

Siyasət Materials 19 Noyabr 2009 19:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı “İpək yolu”nun bir hissəsi olan Ucar-Yevlax avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti Ucar-Yevlax avtomobil yolunun açılış mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı "İpək yolu"nun bir hissəsi olan Ucar-Yevlax avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib ki, 52,5 kilometrlik bu yol Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi yolunun bir hissəsidir. Bu yol Göyçay-Zərdab yolunun Ucar hissəsindən başlayaraq Yevlaxda başa çatır. Ucar, Ağdaş və Yevlax rayonlarının ərazisindən keçən bu yolun 44 kilometri 15 metr enində olmaqla ikizolaqlı, 8,5 kilometrlik hissəsi 27,5 metr olmaqla dördzolaqlıdır. İnşasına 2007-ci ilin aprelində başlanılmış bu yolda 5 körpü tikilib və onların ikisi Kür çayının üzərindədir.

Əsas tikinti işlərini Türkiyənin "Polad Yol Yapı" şirkəti yerinə yetirib.
Yolun tikintisi həm dövlət büdcəsinin, həm OPEK Fondunun və həm də İslam İnkişaf Bankının krediti hesabına inşa olunub.

Tikinti zamanı 612 min kubmetr torpaq işləri görülüb, 635 min kvadratmetr asfalt örtüyü döşənib.

Bu günədək "İpək yolu"nun Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Gəncə-Qazax hissələri istifadəyə verilib. Hazırda Kürdəmir-Ucar, Yevlax-Gəncə, Qazax-Gürcüstan sərhədi avtomobil yolunun inşası davam edir.

Layihənin ümumi dəyəri 69 milyon 283 min ABŞ dollarıdır.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən qırmızı lenti kəsib və yolun sxemi ilə tanış olub.

Rayon icra hakimiyyətinin başçısı Elmar Vəliyev Yevlaxda - Kürün sahilində yaradılan bulvar kompleksi və inşa olunan mehmanxana binası barədə məlumat verib.

Dövlətimizin başçısı inşaatçıları təbrik edib, görülən işləri yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti