Qazaxıstan, Astana, 23 noyabr / Trend , müxbir K.Konırova/
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 25-26 noyabr tarixlərində Belarus Respublikasına rəsmi səfər edəcək. Bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Yerjan Aşikbayev bazar ertəsi təşkil edilən brifinqdə deyib.
"Səfər zamanı bu ölkənin rəhbərliyi ilə danışıqlar planlaşdırılıb. Danışıqlar zamanı iki ölkənin iqtisadi və elmi-texniki sahələrində qarşılıqlı fəaliyyətə dair məsələlərin geniş spektri müzakirə ediləcək", - Yerjan Aşikbayev deyib.
"Səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir", - rəsmi nümayəndə deyib.