...

Tbilisidə Avropa qonşuluğuna dair konfrans keçiriləcək

Siyasət Materials 25 Noyabr 2009 17:20 (UTC +04:00)
Tbilisidə noyabrın 27-də "Britaniya-Gürcüstan peşəkar şəbəkəsi"nin (UGPN) təşəbbüsü ilə "Vətəndaş cəmiyyətinin Avropa qonşuluq siyasəti üzrə fəaliyyət planının həyata keçirilməsi" mövzusunda konfrans keçiriləcək.
Tbilisidə Avropa qonşuluğuna dair konfrans keçiriləcək

Gürcüstan, Tbilisi, 25 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Tbilisidə noyabrın 27-də "Britaniya-Gürcüstan peşəkar şəbəkəsi"nin (UGPN) təşəbbüsü ilə "Vətəndaş cəmiyyətinin Avropa qonşuluq siyasəti üzrə fəaliyyət planının həyata keçirilməsi" mövzusunda konfrans keçiriləcək.

Konfrans "Tbilisi Mariott" mehmanxanasının salonunda saat 11:30-da açılacaq.

UGPN-dən bildirildiyi kimi, konfransda Gürcüstan, Ukrayna, Moldova, İsrail, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin fəaliyyət planının və Avropa qonşuluğu siyasətinə dair sənədlərin yerinə yetirilməsində rolu müzakirə olunacaq.

Konfransda Böyük Britaniyanın Gürcüstandakı səfiri Denis Kif, Gürcüstan Baş nazirinin müavini Georgi Baramidze, Avropa inteqrasiyası məsələləri üzrə parlament komitəsinin sədri David Darçiaşvili, Avropa İttifaqının nümayəndələri və Azərbaycan, Ermənistan, Ukrayna, Moldova və İsraildən dəvət olunmuş digər qonaqlar iştirak edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti