Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şamaxıdakı şahmat məktəbində olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Məktəbin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, 1986-cı ildə tikilmiş məktəbdə ötən müddətdə təmir və bərpa işləri aparılmayıb. Məktəbin yenidən qurulmasına Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu ilin mayında başlanıb.
Artıq əsaslı bərpa işləri başa çatdırılıb. İkimərtəbəli binanın ümumi sahəsi 2116 kvadratmetrdir. Burada 7 şahmat otağı, yarış zalı və digər yardımşı otaqlar var. Şahmat məktəbi yenidənqurmadan sonra müasir inventar və avadanlıqla, kompüter dəstləri ilə təchiz olunub.
Azərbaycan Prezidenti Şamaxıdakı şahmat məktəbində olub