...

Türkmənistanda kinoteatrlar yenidən fəaliyyət göstərəcək

Siyasət Materials 28 Noyabr 2009 11:53 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu gün audio, video və kino istehsalının nümayişi və yayımlanması ilə əlaqədar fəaliyyətin lisenziyalaşdırıması haqqında qanunu təsdiq edib.
Türkmənistanda kinoteatrlar yenidən fəaliyyət göstərəcək

Türkmənistan, Aşqabad, 28 noyabr / Trend , müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu gün audio, video və kino istehsalının nümayişi və yayımlanması ilə əlaqədar fəaliyyətin lisenziyalaşdırıması haqqında qanunu təsdiq edib.

Son illərdə Türkmənistanda kinoteatrlar fəaliyyət göstərməyib. Ölkəyə 2007-ci ildən Berdiməhəmmədov rəhbərlik etdikdən sonra vəziyyət dəyişməyə başlayıb. İndi bir sıra kinozalların yenidən qurulması aparılır. Aşqabadın mərkəzində ik dəfə 3D rəqəmsal formatda kinolar nümayiş olunacaq yeni kinoteatr tikilir.

Hazırkı Prezident ölkəyə əvvəllər qadağan edilmiş opera və sirki qaytarıb. Balet əvvəlki kimi icazə verilməyən incəsənət növləri sırasında qalıb.

Bu gün həmçinin mədəniyyət və incəsənət sahəsində fəalliyətin lisenziyalaşdırılması haqqında qanun da təsdiq olunub. Mədəniyyət və Teleradio Yayımları Nazirliyi Ədliyyə Nazirliyi ilə birgə bir ay müddətində ölkənin qanunvericiliyinə müvafiq olaraq dəyişikliklərin və əlavələrin daxil edilməsi haqqında təkliflərin işlənilib Nazirlər Kabinetinə təqdim olunması barədə göstəriş veriblər.

Sənəd Türkmənistanın "Fəaliyyətin ayrı-ayrı növlərinin lisenziyalaşdırılması haqqında" qanununa əsaslanıb və Türkmənistan Prezidentinin 2009-cu il 27 fevral tarixindən etibarən "Türkmənistanda lisenziyalaşdırılma təşkilatlarının məsələləri haqqında" qərarının icra edilməsi məqsədi ilə nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti