Gürcüstan, Tbilisi, 02 dekabr / Trend , müxbir N.Kirsxaliya/
Rusiya tərəfindən təqdim edilmiş yeni Avropa təhlükəsizlik arxitekturası təsir sahəsini bölməyə cəhd etməkdir. Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiya konsepsiyasına belə qiymət verib. Bu barədə çərşənbə günü prezidentin mətbuat katibi Manana Mancqaladze brifinqdə deyib.
Onun sözlərinə görə, prezident hesab edir ki, "Rusiyanın Gürcüstan ərazisini işğal etdiyi bir vaxtda yeni təhlükəsizlik konsepsiyasından danışmaq həyasızlıqdır".
"O, Rusiya tərəfindən bəzi sənədlərin yerinə yetirilmədiyi bir vaxtda bu bəyanatı "həyasızlıq" hesab edir", - Mancqaladze deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]