...

Azərbaycanın azadlıq hərəkatının üzvü aktiv siyasətə qayıtdığını bəyan edib

Siyasət Materials 3 Dekabr 2009 14:05 (UTC +04:00)
Trend News-un məlumatına görə, Pənahlı cümə axşamı keçirdiyi mətbuat konfransında bu bəyanatla çıxış edib. O qeyd edib ki, Prezident Aparatında tutduğu vəzifədən istefa verəndən sonra daha çox müxalifətin təzyiqlərinə məruz qalıb və siyasi oyunlarda ittiham olunub.
Azərbaycanın azadlıq hərəkatının üzvü aktiv siyasətə qayıtdığını bəyan edib

Azərbaycan, Bakı, 3 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın azadlıq hərəkatının üzvü Nemət Pənahlı aktiv siyasətə qayıtdığını bəyan edib.

Trend -un məlumatına görə, Pənahlı cümə axşamı keçirdiyi mətbuat konfransında bu bəyanatla çıxış edib. O qeyd edib ki, Prezident Aparatında tutduğu vəzifədən istefa verəndən sonra daha çox müxalifətin təzyiqlərinə məruz qalıb və siyasi oyunlarda ittiham olunub.

"Məni millətçi, radikal kimi damğalayırdılar. Qarşımızda torpaqlarımızın işğaldan azad olunması və digər milli problemlər vardı. Mən siyasi meydandan kənara çəkilib bu problemələrin həllini onların öhdəsinə buraxdım. Fikirləşdim ki, kənara çəkilim, bəlkə problemləri həll edə biləcəklər. Bu müddət ərzində anladım ki, siyasət meydanında müxalifətçi ağıllıların dövrü qurtarıb. Ağıllı, yumşaq siyasətdən çox, dəlilərə, döyüşçülərə ehtiyac var", - deyə Pənahlı vurğulayıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti