...

Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı MSK-da siyasi partiyaların 135 üzvü müşahidəçi kimi qeydə alınıb

Siyasət Materials 14 Dekabr 2009 12:38 (UTC +04:00)
"Bələdiyyə seçkilərində səsverməni izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan yerli müşahidəçilərin 135 nəfəri siyasi partiyaların, 176-sı qeyri-hökumət təşkilatlarının nümayəndələridir", - bazar ertəsi Trend News-a komissiyanın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.
Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı MSK-da siyasi partiyaların 135 üzvü müşahidəçi kimi qeydə alınıb

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda bələdiyyə seçkisini izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) siyasi partiyaların 135 üzvü müşahidəçi kimi qeydə alınıb.

"Bələdiyyə seçkilərində səsverməni izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan yerli müşahidəçilərin 135 nəfəri siyasi partiyaların, 176-sı qeyri-hökumət təşkilatlarının nümayəndələridir", - bazar ertəsi Trend -a komissiyanın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK-ya olunan digər müraciətlərə 5 gün ərzində baxılacaq və bundan sonra seçkiləri nə qədər yerli müşadiçənin izləmək hüququ qazandığı bəlli olacaq. Dairə seçki komissiyalarında müşahidəçi kimi qeydə alınmaq üçün müraciətlər isə ayın 18-i axşam saatlarına qədər ediləcək. Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün MSK və DSK - larda son rəqəmə görə 36 mindən çox yerli müşahidəçi qeydə alınıb.

Sarıyevin sözlərinə görə, MSK-da qeydə alınan yerli müşahidəçilərin 802 nəfəri namizədliyini öz təşəbbüsü ilə sürüb.

"10 nəfər isə bələdiyyə üzvlüyünə namizədlərin müşahidəçiləri kimi qeydə alınıb. MSK-da qeydə alınan yerli müşahidəçilərin sayı isə hələ ki, 1138 nəfərdir", - mətbuat xidmətinin rəhbəri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti