...

Qazaxıstan Prezidenti jurnalistlərə mənzil verilməsi barədə göstəriş verib

Siyasət Materials 23 Dekabr 2009 15:17 (UTC +04:00)
Bu gün ölkə prezidenti Nursultan Nazarbayev 2 qəzetin əməkdaşlarına – "Qazaxıstan həqiqəti" (rus dilində) və "Eqemen Qazaxıstan" (qazax dilində) onların yubileyi ilə əlaqədar olaraq 10 mənzil verilməsi barədə göstəriş verib.
Qazaxıstan Prezidenti jurnalistlərə mənzil verilməsi barədə göstəriş verib

Qazaxıstan, Astana, 23 dekabr / Trend , müxbir K. Konırova/

Bu gün ölkə prezidenti Nursultan Nazarbayev 2 qəzetin əməkdaşlarına - "Qazaxıstan həqiqəti" (rus dilində) və "Eqemen Qazaxıstan" (qazax dilində) onların yubileyi ilə əlaqədar olaraq 10 mənzil verilməsi barədə göstəriş verib.

Mənzillərin verilməsi haqda xoş xəbəri Nazarbayev bu gün "Eqemen Qazaxıstan respulika qəzeti" SC-nin yeni binasının təntənəli açılış mərasimi zamanı deyib. Tədbir qəzetin ilk nömərisinin çıxdığı günün 90 illiyinə təsadüf edib.

Redaksiyanın yeni kompleksinə daxil olan iki binanın ümumi sahəsi 4 min kvadrat metr təşkil edir. İlk öncə qazax dilində olan qəzet Orenburqda, sonra Qızılordda, Almatıda, son 10 ildə isə Astanada çıxıb.

Xəbər lenti

Xəbər lenti