...

Azərbaycanın Gəncə şəhərində saat 15:00-a verilən məlumata görə, seçicilərin 23.39 faizi səsvermədə iştirak edib

Siyasət Materials 23 Dekabr 2009 15:14 (UTC +04:00)

Azərbaycan, Gəncə, 23 dekabr / Trend , müxbir V.Məmmədov/

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) saat 15:00-a verilən məlumata görə, seçicilərin 23.39 faizi - 34 661 seçici səsvermədə iştirak edib.

Bu barədə Trend -a 37 və 38 Nizami, 39 və 40 saylı Kəpəz seçki komissiyalarından məlumat verilib.

Həmin dairələrdə 148 min 150 nəfər seçici qeydə alınıb. 108 məntəqədə səsvermə keçirilir.

1531 yerli müşahidəçi Gəncədə seçkiləri izləyir.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 17.00 və 19.00-da məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti