Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir M.Əliyev/
Azərbaycanda bələdiyyə seçkilərində cəmi 1 462 074 seçici (31,86 faiz) iştirak edib. Bu barədə Azərbaycan MSK-nın nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzindən Trend -a məlumat verilib.
23 dekabr tarxində Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.