Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılması haqqında fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Fərmanla sosial müavinət 50 faiz artırılaraq 75 manat məbləğində müəyyən edilib.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.
Fərman 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.