...

Ukrayna MSK Azərbaycanda seçki məntəqəsi yaradıb

Siyasət Materials 15 Yanvar 2010 13:49 (UTC +04:00)
Yanvarın 17-də Azərbaycanda olan Ukrayna vətəndaşları Ukrayna prezidenti seçkilərində iştirak edə biləcəklər. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən Trend News-a bildirilib.
Ukrayna MSK Azərbaycanda seçki məntəqəsi yaradıb

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir S.Ağayeva/

Yanvarın 17-də Azərbaycanda olan Ukrayna vətəndaşları Ukrayna prezidenti seçkilərində iştirak edə biləcəklər. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən Trend -a bildirilib.

Səsvermədə iştirak etmək üçün saat 08:00-dan 20:00-dək Bakı şəhəri, Yusif Vəzirov küçəsi, 49 ünvanında yerləşən Ukraynanın Azərbaycandakı səfirliyinə gəlmək lazmdır.

Səfirlikdə 3 nömrəli seçki məntəqəsi yaradılıb.

Ukrayna MSK xarici ölkələrdə 114 seçki məntəqəsi yaradıb. İlkin seçki siyahısına Azərbaycanda yaşayan 214 Ukrayna vətəndaşının adı daxil edilib.

Ukrayna prezidentliyi postu uğrunda 18 namizəd mübarizə aparacaq. Əsas namizədlər Baş nazir Yuliya Timoşenko və Regionlar Partiyasının lideri Viktor Yanukoviçdır.

Xəbər lenti

Xəbər lenti