...

Venesiya Komissiyası Azərbaycan hökuməti ilə əməkdaşlığa həmişə hazırdır - Komissiya əməkdaşı

Siyasət Materials 26 Yanvar 2010 00:30 (UTC +04:00)
Venesiya Komissiyası (VK) Azərbaycan hökuməti ilə əməkdaşlığa həmişə hazırdır. Bu fikirləri bazar ertəsi Avropa Şurası Venesiya Komissiyasının əməkdaşı Sergey Kuznetsov Azərbaycanda parlament seçkiləri ilə bağlı proqram, Seçki Məcəlləsi və digər məsələlərə dair jurnalistlərin suallarına cavabında deyib.
Venesiya Komissiyası Azərbaycan hökuməti ilə əməkdaşlığa həmişə hazırdır - Komissiya əməkdaşı

Fransa, Strasburq, 26 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Venesiya Komissiyası (VK) Azərbaycan hökuməti ilə əməkdaşlığa həmişə hazırdır. Bu fikirləri bazar ertəsi Avropa Şurası Venesiya Komissiyasının əməkdaşı Sergey Kuznetsov Azərbaycanda parlament seçkiləri ilə bağlı proqram, Seçki Məcəlləsi və digər məsələlərə dair jurnalistlərin suallarına cavabında deyib.

"Biz artıq dəfələrlə Azərbaycan hakimiyyət dairələrinin nəzərinə çatdırmışıq ki, bizim Seçki Məcəlləsi ilə bağlı əvvəlki rəyimiz qüvvədə qalır. Biz digər açıq qalan problemli məsələlərə dair müzakirələrə hazırıq. Azərbaycan hökuməti ilə əməkdaşlığa həmişə hazırıq", - o bildirib.

"Biz elə seçki komissiyalarının tərkibinin formalaşmasının tərəfdarıyıq ki, onlar seçkilərdə iştirak edən bütün maraqlı tərəflərin etibar və etimadını qazansınlar. Seçim hansı formada ediləcək - bu, hər bir ölkənin suveren hüququdur. Amma bizim rəyimizdə bu məqam öz əksini tapıb. Bildiyimə görə, Azərbaycanda hələ də müzakirələr davam edir və seçki prosesində iştirak edən bir çox qüvvələr də özlərinin müəyyən narahatlığını ifadə edib. Bütün dediklərim rəydə öz əksini tapıb və VK bu və ya digər məsələlərdə öz təşəbbüsü ilə çıxış edən orqan deyil. Əgər Azərbaycan hökuməti və ya digər aidiyyatı orqanlardan bizə belə bir sorğu və ya təklif gəlsə, təbii ki, biz bu məsələlər üzərində işimizi davam etdirməyə hazırıq. Lakin Azərbaycan tərəfindən bizə hər hansı təklif gəlməyib, - VK əməkdaşı deyib.

Seçkilərin majoritar və ya proposional sistem üzrə keçirilməsi məsələsinə münasibət bildirən Sergey Kuznetsov qeyd edib ki, VK-nın bu məsələyə münasibəti aydındır.

"Təcrübə göstərir ki, seçki azadlığı prinsiplərini gözləmək şərtləri ilə, hər iki seçki sistemindən hansının yaxşı və ya pis olması haqqında birmənalı fikir söyləmək çətindir. Bu, seçici hüquqlarının təmin edilməsi baxımından oyun qaydalarının nə dərəcədə düzgün və diqqətlə tətbiq olunmasından asılıdır. Bu iki sistem arasında əsas fərq aydındır. Hər iki seçki sistemi eyni formada demokratikdir. Lakin digər məsələ özünün müstəqil seçimini etməsi baxımından seçici hüququnun nə dərəcədə təmin olunmasından ibarətdir. Bir növ məsələyə yanaşmalar dəyişsə də, məna eyni olaraq qalır. Ona görə də bu sistemlərdən hansının hər hansı bir ölkə üçün yaxşı olmasını deyə bilmərik", - Sergey Kuznetsov əlavə edib.

Xəbər lenti

Xəbər lenti