...

Gürcüstan Parlamentinin sədri NATO-nun baş katibi ilə Abxaziya və Cənubi Osetiyadakı vəziyyəti müzakirə edəcək

Siyasət Materials 27 Yanvar 2010 12:36 (UTC +04:00)
Abxaziya və Cənubi Osetiyadakı vəziyyət Gürcüstan Parlamentinin sədri David Bakradze ilə NATO-nun baş katibi Anders foq Rasmussen arasında Brüsseldə bugün keçiriləcək görüşün əsas mövzusu olacaq.
Gürcüstan Parlamentinin sədri NATO-nun baş katibi ilə Abxaziya və Cənubi Osetiyadakı vəziyyəti müzakirə edəcək

Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Abxaziya və Cənubi Osetiyadakı vəziyyət Gürcüstan Parlamentinin sədri David Bakradze ilə NATO-nun baş katibi Anders foq Rasmussen arasında Brüsseldə bugün keçiriləcək görüşün əsas mövzusu olacaq.

Bakradze Avropa Parlamentində rəsmi görüşlər keçirib və komitə iclasında iştirak edib. O, özünü müstəqil elan etmiş Abxaziya və Cənubi Osetiya regionlarında vəziyyətə, həmçinin Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə diqqət ayırıb.

Gürcüstan nümayəndə heyətinin bildirdiyi kimi, görüşlər zamanı həmçinin Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlıq prespektivləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti