...

Azərbaycanda Parlamentin adından çap olunan qəzetlərin adları açıqlanıb

Siyasət Materials 29 Yanvar 2010 13:29 (UTC +04:00)
Azərbaycan Milli Məclisi mətbuat xidmətinin rəhbəri Parlamentin adından çap olunan qəzetlərin adlarını açıqlayıb
Azərbaycanda Parlamentin adından çap olunan qəzetlərin adları açıqlanıb

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Milli Məclisi mətbuat xidmətinin rəhbəri parlament adından çap olunan qəzetlərin adlarını açıqlayıb.

"Milli Məclisin "Azərbaycan" qəzetindən və "Milli Məclis" jurnalından başqa heç bir mətbuat orqanı yoxdur", - Trend -un məlumatın görə, cümə günü keçirilən mətbuat konfransında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Təvəkküloğlunun sözlərinə görə, Milli Məclisə parlament adından çap olunan qəzetlərlə bağlı xeyli şikayət daxil olub.

"Bu qəzetlərin sayı onlarladır və onların heç birinin parlamentlə bağlılığı yoxdur. "Parlamentin sədası" və "Azərbaycan parlamenti" qəzetləri isə Mətbuat Şurasının elan etdiyi "reket" qəzetlər siyahısındadır", - o əlavə edib.

Mətbaut xidmətinin rəhbəri deyib ki, "Parlamentin səsi", "Parlament-2005", "Parlament xəbərləri", "Parlament və cəmiyyət", "Parlament", "Millət vəkili" və "Deputatın tribunası" qəzetlərinin də Milli Məclislə heç bir bağlılığı yoxdur: "Biz bu qəzetlərə qarşı mübarizədə həm parlament jurnalistlərinin, həm də cəmiyyətin yardım göstərməsini arzulayırıq", - Təvəkküloğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti