...

Avropa Komissiyası təbii fəlakətlərdən müdafiə üçün Mərkəzi Asiyaya 7 milyon avrodan çox vəsait ayırıb

Siyasət Materials 1 Fevral 2010 19:56 (UTC +04:00)
Avropa Komissiyası təbii fəlakətlər qarşısında acizliyi azaltmaq, həmçinin əhalinin daha çox zərərçəkən qrupunun müdafiə potensialını gücləndirmək məqsədilə Mərkəzi Asiya ölkələrinə yardım üçün 7,295 milyon avro ayırıb.
Avropa Komissiyası təbii fəlakətlərdən müdafiə üçün Mərkəzi Asiyaya 7 milyon avrodan çox vəsait ayırıb

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir Y.Ostapenko/

Avropa Komissiyası təbii fəlakətlər qarşısında acizliyi azaltmaq, həmçinin əhalinin daha çox zərərçəkən qrupunun müdafiə potensialını gücləndirmək məqsədilə Mərkəzi Asiya ölkələrinə yardım üçün 7,295 milyon avro ayırıb. Bu barədə təşkilatın rəsmi məlumatında deyilir.

"Bu vəsait əhalinin zəif qrupunun daha yaxşı hazırlanmasına və regionda tez-tez baş verən təbii fəalkətlərdən müdafiə olunmasına kömək edəcək", - inkişaf və humanitar yardım məsələləri üzrə Avropa komissarı Karel de Quht deyib.

Vəsaitlər Avropa Komissiyasının Humanitar Yardım şöbəsi vasitəsilə köçürüləcək.

Layihələr BMT müəssisələri də daxil olmaqla, qeyri-hökumət və beynəlxalq təşkilatlar tərəfindən həyata keçiriləcək.

De Quhtun sözlərinə görə, yerli əhalinin ətraf mühitün dəyişkənliyi barədə məlumatlılıq səviyyəsinin artırılması və bu dəyişikliyə uyğunlaşdırılması həyati əhəmiyyətlidir.

2003-cü ildən təbii fəlakətlərə hazırlığı təmin etmək və təhlükəni azaltmaq üçün Mərkəzi Asiya ölkələrinə pul vəsaitləri köçürülür.

Xəbər lenti

Xəbər lenti