...

Prezident İlham Əliyev Azərbaycan və Küveyt hökuməti arasında əməkdaşlıq üçün Birgə komissiyanın tərkibi haqqında sərəncam imzalayıb

Siyasət Materials 9 Fevral 2010 00:41 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan və Küveyt hökuməti arasında əməkdaşlıq üçün Birgə komissiyasının tərkibi təsdiqlənib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb
Prezident İlham Əliyev Azərbaycan və Küveyt hökuməti arasında əməkdaşlıq üçün Birgə komissiyanın tərkibi haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan və Küveyt hökuməti arasında əməkdaşlıq üçün Birgə komissiyasının tərkibi təsdiqlənib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Komissiyanın həmsədri
 
Elmar Məmmədyarov -    xarici işlər naziri
 
Komissiyanın üzvləri
 
Azər Bayramov - maliyyə nazirinin müavini;
 
Niyazi Səfərov - iqtisadi inkişaf nazirinin müavini;

Tofiq Rəfiyev - müdafiə sənayesi nazirinin müavini;

Natiq Abbasov - sənaye və energetika nazirinin müavini;

Musa Pənahov - nəqliyyat nazirinin müavini;
 
Teymur Mehdiyev - mədəniyyət və turizm nazirinin müavini;

Elmar Qasımov - təhsil nazirinin müavini;
 
Abbas Vəlibəyov - səhiyyə nazirinin müavini;
 
Elmir Vəlizadə - rabitə və informasiya texnologiyaları nazirinin müavini;

Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini;

Elşad Nəsirov - Dövlət Neft Şirkətinin vitse-prezidenti;

Sabir İlyasov -  "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti;

Aftandil Babayev - Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini;

Akif Əlizadə - Milli Elmlər Akademiyasının vitse-prezidenti;

Şahin Abdullayev - Azərbaycan Respublikasının Küveyt Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri.

Bu sərəncamda göstərilən Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Küveyt Dövləti tərəfinə müvafiq bildirişin göndərilməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb.

Xəbər lenti

Xəbər lenti