...

Azərbaycanın hakim partiyası parlament seçkilərində gənclərin və qadınların iştirakına xüsusi diqqət verəcək - vitse-spiker Bahar Muradova

Siyasət Materials 10 Fevral 2010 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası parlament seçkilərində gənclərin və qadınların iştirakına xüsusi diqqət verəcək. Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə vitse-spiker Bahar Muradova bildirib.

"Seçkilərdə qadın və gənc namizədlərin sayının artması partiyanın taktikasıdır və bütün kampaniyalarda bu taktikaya üstünlük veririk", - Muradova deyib.

Azərbaycanda parlament seçkisi bu ilin sonunda keçirilməsi nəzərdə tutulur.

Növbəti parlament seçkilərində deputat yeri məsələsinə gəlincə, Muradova bildirib ki, biz qələbəyə iddialıyıq və bilirik ki, bunu əldə edəcəyik.

"Amma nə qədər yer alacağımızı seçicilər müəyyənləşdirəcək", - Muradova əlavə edib.


Xəbər lenti

Xəbər lenti