...

Azərbaycanda Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə davam edir - FHN

Siyasət Materials 11 Fevral 2010 16:28 (UTC +04:00)
Azərbaycanda Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə davam edir. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Azərbaycanda Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə davam edir - FHN

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanda Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə davam edir. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Muğanlı-İsmayıllı avtomobil yolunun ikinci kilometrliyində torpaq sürüşməsi baş verib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və aidiyyatı qurumların nümayəndələri hadisə yerindədir.

Sürüşmə zonasında yolun 12 metr enində təxminən 500 metrlik hissə tamamilə dağılıb, ərazidə 1-3 metr dərinlikdə yarğanlar əmələ gəlib. Sürüşmə nəticəsində avtomobillərə ziyan dəyməyib, sərnişinlər xəsarət almayıb.

Həmin yol ölkə paytaxtını şimal-qərb regionu ilə birləşdirən əsas yoldur. Burada nəqliyyatın hərəkətini tezliklə bərpa etmək məqsədilə Bakıdan da texnika cəlb olunub. Hazırda sürüşmə zonasında alternativ yolun çəkilişi istiqamətində işlər davam etdirilir. Hadisə yerinə lazımi texnika cəlb olunub.

Hadisənin baş verdiyi ərazi daimi sürüşmə zonasına aiddir və belə hallar payız-qış aylarında, yağıntılarla əlaqədar olaraq mütəmadi baş verir.

Xəbər lenti

Xəbər lenti