...

Azərbaycan Prezidenti Ukraynada prezident seçkilərində qələbə qazanmış Viktor Yanukoviçi təbrik edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Fevral 2010 12:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada prezident seçkilərində qələbə qazanmış Viktor Yanukoviçə telefonla zəng edib. Bu barədə AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti Ukraynada prezident seçkilərində qələbə qazanmış Viktor Yanukoviçi təbrik edib (ƏLAVƏ OLUNUB)

RED: əlavəsi: Dördüncü abzas əlavə edilib

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada prezident seçkilərində qələbə qazanmış Viktor Yanukoviçə telefonla zəng edib. Bu barədə AzərTAc dövlət agentliyi məlumat yayıb.

Dövlət başçısı Viktor Yanukoviçi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

"Azərbaycan və Ukrayna tarixən sıx dostluq, qarşılıqlı dəstək və etimad telləri ilə bağlıdır. Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, strateji tərəfdaşlığımız, çoxşaxəli və konstruktiv əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafeyi naminə, regionda sülh və sabitlik naminə dinamik inkişaf edəcək və möhkəmlənəcək" təbrikdə deyilib.

Viktor Yanukoviç təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti